UEFA Türkiyəyə 200 min avro yardım edəcək

İDMAN bölməsi

21:42 - 10 Fevral 2023

 UEFA Türkiyəyə 200 min avro yardım edəcək

UEFA Türkiyədəki zəlzələ qurbanlarına ilk mərhələdə 200 min avro məbləğində yardım edəcəyini açıqlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə UEFA-nın sədri Aleksandr Çeferin məlumat verib.

Bildirib ki, qarşıdakı həftə keçiriləcək bütün klub oyunlarında zəlzələdə həyatını itirənlər bir dəqiqəlik sükut ilə yad ediləcək.

Həmçinin, iyunda İstanbulda keçiriləcək Çempionlar Liqasının final həftəsində əlavə ianə tədbirlərinin təşkil ediləcəyi də qeyd olunub.

Xəbər xətti