Parasetamol təzyiqi yüksəldir - Bu xəstələr ehtiyatlı olsun!

SAĞLIQ bölməsi

17:02 - 14 Fevral 2022

 Parasetamol təzyiqi yüksəldir - Bu xəstələr ehtiyatlı olsun!

Hipertoniya xəstələri parasetamol dərmanını ehtiyatla içməlidir. Kovid zamanı yaşlı xəstə insanların bəzən 4-5 gün ardıcıl gündə 2 dəfə bu dərmanı qəbul etməsi onlarda başqa fəsadlar yarada bilər.

Yenipress.az Medicina.az-a istinadən xəbər verir ki, Amerika Kardioloji Assosiasiyası parasetamolun tərkib maddəsi olan asetaminofenin həqiqətən də ürək-damar xəstələrində təzyiqi bir qədər qaldırdığını açıqlayıb.

110 nəfər üzərində klinik tədqiqatlar da göstərib ki, müntəzəm olaraq 1 həftə parasetamol qəbulu.

Sistolik qan təzyiqini 5 mm civə sütunu qaldırır.

Bu da öz növbəsində həmin insanlarda ürək-damar xəstəlikləri riskini artırır. Yəni təzyiq yüksələrsə, insan infarkt və insulta yaxın olur.

Ona görə də kardioloqlar parasetamolun təhlükəsizliyini şübhə altına alır və həkimlərə xəstələri xəbərdar etməyi tövsiyə edir.

Xəbər xətti