Omikron, yoxsa qrip? - Necə müəyyən edək?

SAĞLIQ bölməsi

15:36 - 14 Fevral 2022

 Omikron, yoxsa qrip? - Necə müəyyən edək?

Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun Omikron ştammına yoluxan şəxslərdir.

Yenipress.az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun Omikron ştammıdır", - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.

Omikron ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.

Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır", - M.Əliyev əlavə edib.

Xəbər xətti


Digər xəbərlər