Bakıda ucuz evlərin qiyməti neçədən başlayır?

TOPLUM bölməsi

14:01 - 14 Fevral 2022

 Bakıda ucuz evlərin qiyməti neçədən başlayır?

Bakı şəhərində fərdi yaşayış və bağ evlərinin orta qiyməti açıqlanıb.

Yenipress.az xəbər verir ki, Oxu.az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən, 2022-ci ilin yanvar ayında paytaxtda fərdi və bağ evlərin kvadratmetrinə görə orta qiyməti 842 manat olub.

Bu, əvvəlki (2021-ci ilin dekabrı) ay ilə müqayisədə 2,6 faiz, 2021-ci ilin yanvar ayı ilə (illik) müqayisədə isə 8,6 faiz azdır.

Paytaxtda fərdi evlərin orta qiyməti isə 179 726 manat olub. Bu isə qiymətlərin aylıq müqayisədə 1,1 faiz, illik müqayisədə isə 12,1 faiz artdığını göstərir.

Bakıda lüks evlərin kvadratmetrinə görə qiyməti 1 701 manat olub. Bu evlərin qiyməti aylıq müqayisədə 2 faiz, illik müqayisədə isə 3 faiz artıb.

Orta dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti isə 978 manat olub. Onların dəyəri aylıq müqayisədə 1 faiz, illik müqayisədə 0,4 faiz artıb.

Aşağı dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti 545 manat olub. Qiymətlərdə aylıq müqayisədə 2,6 faiz artım, illik müqayisədə isə 5,4 faiz azalma müşahidə edilib.

Xəbər xətti


Digər xəbərlər