Azərbaycanda banklar birgə qərara gəldi - Türkiyəyə jest

İQTİSADİYYAT bölməsi

13:36 - 8 Fevral 2023

 Azərbaycanda banklar birgə qərara gəldi - Türkiyəyə jest

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur.

Yenipress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib.

Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.

Xəbər xətti