Sevincin gözündən Xocalı soyqırımı

TOPLUM bölməsi

13:54 - 14 Fevral 2022

 Sevincin gözündən Xocalı soyqırımı

İnstaqramda "sevinj.stories" adı ilə başlayan layihə 1992-ci ildə Xocalıda baş vermiş soyqırımdan bəhs edir.

Yenipress.az xəbər verir ki, səhifədə Xocalı soyqırımı 9 yaşlı Sevincin gözü ilə günbəgün danışılır.

Sevinç bu kanal vasitəsilə “1992-ci ildə Xocalıda bir qızın İnstaqram hesabı olsaydı, nəyin şahidi olardıq?” sualını ünvanlayaraq, bizə soyqırımdan əvvəlki həyat haqqında ipucu verir.

Layihə çərçivəsində Sevincin yanvarın 29-da paylaşıma başladığı səhifənin izləyicilərinin sayı 240 minə çatıb.

Sevincin videolarındakı personajlar uydurma olsa da, danışılan hekayələr real hadisələrə əsaslanır.

Gülnarə

Xəbər xətti


Digər xəbərlər