Abşeronda kriminal avtoritetə 18 il həbs verildi

TOPLUM bölməsi

11:25 - 14 Fevral 2022

 Abşeronda kriminal avtoritetə 18 il həbs verildi

Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Yenipress.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İ.Muxtarova 19 il iş istəmişdi.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, "Vəziyyət İbrahim" kimi tanınır.

Xəbər xətti


Digər xəbərlər