Bakıda 1 həftə internet olmayacaq? - Rəsmi cavab

İKT bölməsi

11:19 - 14 Fevral 2022

 Bakıda 1 həftə internet olmayacaq? - Rəsmi cavab

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

Qurumdan Yenipress.az-a verilən məlumata görə, bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb.

Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq.

Xəbər xətti