İdmançılarımız vətənə qalibiyyətlə geri döndü

İDMAN bölməsi

09:48 - 4 Fevral 2023

 İdmançılarımız vətənə qalibiyyətlə geri döndü

27-28 Yanvar tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Savate idman növü üzrə ənənəvi Budapeşt Open Beynəlxalq Turniri keçirilib. Yarışda 15 ölkənin idmançıları iştirak edibdilər.

Yenipress.az xəbər verir ki, bu barədə federasiyanın saytında məlumat yayılıb.

Qeyd edilir ki, Azərbaycan Savat Milli Komandası bu yarışda yığma komandanın Baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi ilə 6 idmançı ilə təmsil olunub. Milli komanda yarışda 2, qızıl 2 gümüş , 2 bürünc medallar qazanıb:

Məhəmməd Süleymanov 14-15 yaş qrupunda ,75 kq çəki dərəcəsində Qızıl medal;

Məmmədli Toğrul ,10-12 yaş qrupunda 35 kq çəki dərəcəsində qızıl medal;

Tutu İsmayılova qadınların yarışında 48 kq çəki dərəcəsində gümüş medal;

Yaşar Musazadə 12-13 yaş qrupunda 60 kq çəki dərəcəsində gümüş medal;

Sənan Babazadə böyüklərin yaş qrupunda 80 kq çəki dərəcəsində bürünc medal;

Məmmədov Mikayıl 8-10 yaş qrupunda 25 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Xəbər xətti