Ermənistanda zəlzələ oldu, Azərbaycan da silkələndi

TOPLUM bölməsi

23:02 - 13 Fevral 2022

 Ermənistanda zəlzələ oldu, Azərbaycan da silkələndi

22:46

Ermənistanda bir neçə dəqiqə öncə güclü zəlzələ baş verib.

Axar.az xəbər verir ki, erməni mediası 5 baldan çox olan zəlzələnin episentrinin Gümrüyə düşdüyünü yazıb.

Zəlzələ bütün Ermənistanda, o cümlədən Gürcüstan və Azərbaycanın qərb rayonlarında – Qazax, Tovuz, Gəncə, Ağstafa, Şəmkir və s. hiss edilib.

ABŞ Seysmoloji Mərkəzi isə zəlzələnin Ermənistan-Gürcüstan sərhədində, 5,4 bal gücündə baş verdiyini açıqlayıb.

Ermənistan fövqəladə hallar nazirinin müavini Armen Pabuxçyan zəlzələnin saat 22:25-də, Gürcüstan-Ermənistan sərhədində, Gümrüdən 51 km şimal-şərqdə, yerin 10 km dərinliyində qeydə alındığını bildirib. Episentrdə zəlzələ 6-7 bal gücündə olub, ətrafda 5,2 bal gücündə hiss edilib.

Gürcüstan Milli Seysmoloji Mərkəzi isə zəlzələnin 22:26-da baş verdiyini, episentrinin Samsxve-Cavaxetiyə, Sameba kəndinə (Tiflisdən 52 km məsafədə) düşdüyünü, episentrdə zəlzələnin 6,2 bal gücündə olduğunu bildirib. "Ermənistanda 5 bal, Azərbaycanda isə 3,5 bal civarında hiss edilib", - məlumatda qeyd edilib.

Xəbər xətti


Digər xəbərlər