Heydər Əliyevin Ramiz Mehdiyevin xəyanəti haqda dedikləri...

TOPLUM bölməsi

20:30 - 13 Fevral 2022

 Heydər Əliyevin Ramiz Mehdiyevin xəyanəti haqda dedikləri...

“Azərbaycanın bir nefti, bir də Heydər Əliyevi var!”, deyən Sirus Təbrizli iki dəfə (1995-2000, 2000-2005) Milli Məclisin deputatı “seçilib”. O, 2007-ci il martında çıxışlarının birində Yeni Azərbaycan Partiyasını "Simasız Quldurlar Partiyası" adlandırdığı üçün partiyadan qovulub.

Sirus bəy 2013-cü ilin mayında-ölümünə sayılı günlər qalmışdı- verdiyi müsahibədə belə deyir:

“Sirus Təbrizli yeganə adamdır ki, həm xalq hərəkatında fəal olub, həm YAP-ın yaranmasında. Nə dövlət qəzetlərində görürsünüz məni, nə də televiziyalarda. Çünki Ramiz Mehdiyev nə xalq hərəkatında olub, nə də YAP-ı yaradanlardan. Heydər Əliyev özü deyirdi ki, bu adam mənə iki dəfə xəyanət edib, indi də üçüncü dəfə xəyanət edir…”

Dünyanın müxtəlif ölkələrində çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin birində ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersi 2008-ci ildə “mərkəz”ə göndərdiyi məxfi teleqramında Sirus Təbrizlinin YAP sıralarından xaric olunması, hakim partiya daxilində yaşanan gizli savaş və hakimiyyətdəki qruplaşmaların nüfuz mübarizəsinin pərdəarxası məqamları öz əksini tapmışdı.

Enn Dersi gizli məktubun giriş hissəsində yazırdı ki, YAP sədrinin müavini Sirus Təbrizlinin və sabiq səhiyyə naziri Əli Insanovun partiya sıralarından xaric olunması qərarından sonra hakim partiya daxilində böhran yaşandığı haqda iddialar yayılıb...

O vaxt fövqəladə hallar naziri Kəmaləddin Heydərov və milli təhlükəsizlik naziri Eldar Mahmudovun da Ramiz Mehdiyevə qarşı olduğu deyilirdi.

Bunları niyə xatırladıram? O vaxt Ramiz Mehdiyevə qarşı Surus Təbrizli inadla dirəniş göstərdi. Ancaq ona dəstək verən olmadı. İndi danışanlar onda ağzına su almışdı və inadla susurdular. Məsələn, o vaxt AVP sədri Fəazil Ağamalı Sirus Təbrizlinin Ramiz Mehdiyev haqqında dediklərinə münasibət bildirməkdən nümayişkaranə şəkildə imtina etmişdi...

İndi isə bülbül kimi ötürlər, çünki Prezident Aparatından göstəriş gəlib...

İndi Ramiz Mehdiyevi topa tutanlar arasında Alqış Həsənoğlu da var. O, 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. O da Ramiz Mehdiyevin qəzəbinə gəlib. Özü də o, açıq şəkildə “Yeni Azərbaycan” qəzetində Ramiz Mehdiyevi tənqid edib.

Düşünün ki, yalnız 2021-ci ildə Alqış Həsənoğlun yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub...

Sözümün canı o ki, Ramiz Mehdiyevi indi söyənlər o vaxt bir müddət həm də mətbuat və informasiya naziri kimi çalışmış (1997-2000) Sirus Təbrizli kimi, elə Alqış Həsənoğlu kimi Ramiz Mehdiyevə qarşı ortaya mövqe qoysaydı hər şey başqa cür də ola bilərdi...

Elbəyi Həsənli

Xəbər xətti


Digər xəbərlər