Vəndam bazarındakı yanğın söndürüldü

TOPLUM bölməsi

20:43 - 13 Fevral 2022

 Vəndam bazarındakı yanğın söndürüldü

20:05

Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb.

Yenipress.az xəbər verir ki, yanğın 11 mağazanı bürüyüb.

Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

***

 

Qəbələnin Vəndam kəndində bazarda başlayan yanğının qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə alovun qarşısı alınıb.

Yanğın söndürülüb.

Xəbər xətti


Digər xəbərlər