Yalnız bir qurum yoxladı, 225 milyon yeyinti ortaya çıxdı…

İQTİSADİYYAT bölməsi

22:36 - 30 Yanvar 2023

 Yalnız bir qurum yoxladı, 225 milyon yeyinti ortaya çıxdı…

Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib. Tək Maliyyə Nazirliyinin yoxlamaları nəticəsində (büdcə vəsaitinin xərclənməsinə nəzarət edən başqa dövlət qurumları da var) məlum olub ki, 2022-ci ildə büdcədən ayrılan vəsaitlərdən 225 milyon 710 min manat mənimsənilib.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, büdcədən yüzlərlə quruma vəsait ayrılır, 185-də yoxlama aparılır və məlum olur ki, 225 mln. manat oğurlanıb və ya təyinatsız xərclənib:

“Əgər büdcədən vəsait ayrılan bütün qurum və obyektlərdə yoxlamalar aparılsaydı, görəsən nə qədər vəsaitin məmurlar tərəfindən mənimsənildiyi üzə çıxardı?!”

Yenipress.az

Xəbər xətti