Azərbaycan Ordusunun təyyarəsi Türkiyədən nə gətirib?

GÜNDƏM bölməsi

14:05 - 29 Yanvar 2023

 Azərbaycan Ordusunun təyyarəsi Türkiyədən nə gətirib?

Azərbaycan Ordusunun nəqliyyat təyyarəsi yanvarın 28-də Türkiyənin Tekirdağ Çorlu hava limanından Azərbaycana gəlib.

Yenipress.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı “Sepah_pasdaran_ru” Teleqram kanalı məlumat yayıb.

“Adətən Türkiyənin bu hava limanında hərbi nəqliyyat təyyarələri üçün Türkiyə istehsalı olan “Bayraqdar” pilotsuz təyyarələri yüklənir. Bu hərbi pilotsuz təyyarə Ukrayna və Rusiya arasında gedən müharibədə sınaqdan keçirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Bayraqdar”ın ən yaxşı sınağı 2020-ci il Vətən müharibəsində keçirilib. Nədənsə SEBAH-a bağlı Teleqram kanalı bunu yazmağı “unudub”.

Xəbər xətti