İtaliyanın mərkəzində, Çesena yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
Yenipress.az xəbər verir ki, bu barədə ölkənin Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Rimini və Ravenna kimi böyük şəhərlərdə də hiss olunub.
Mülki müdafiə xidmətinin məlumatına görə, zəlzələ dağıntı və insan tələfatına səbəb olmayıb.