Fransa səfirliyimizə hücumla bağlı İrana çağırış etdi

GÜNDƏM bölməsi

13:26 - 28 Yanvar 2023

 Fransa səfirliyimizə hücumla bağlı İrana çağırış etdi

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

Yenipress.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

“Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir.

Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.

Xəbər xətti