ABŞ Senatına İrana qarşı qətnamə təqdim edildi

DÜNYA bölməsi

17:06 - 27 Yanvar 2023

 ABŞ Senatına İrana qarşı qətnamə təqdim edildi

ABŞ-ın 30-dan çox senatoru İranda etirazları dəstəkləmək üçün qətnamə layihəsi təqdim edib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin başçısı Bob Menendez məlumat verib.

“Amerika Birləşmiş Ştatları və beynəlxalq ictimaiyyət səssiz qala bilməz. Gözümüzü bağlaya bilmirik. Tehranın etirazçıların qanını tökdüyünü görəndə, açıq və yüksək səslə danışmaq ən az etməli olduğumuz şeydir”.

O, daha sonra Birləşmiş Ştatların bu məsələni hər bir beynəlxalq forumda qaldırmalı olduğunu söyləyib.

Yenipress.az

Xəbər xətti