Səfirliyimizi qoruyan Vasifin anası şok faktı açıqladı

TOPLUM bölməsi

16:47 - 27 Yanvar 2023

 Səfirliyimizi qoruyan Vasifin anası şok faktı açıqladı

Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu.

Yenipress.az xəbər verir ki, bu sözləri Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan və qəhrəmanlıq göstərən Vasif Naqif oğlu Tağıyevin anası Təranə xanım Sfera.az-a açıqlamasında deyib.

O daha bir şok faktın üstünü açıb:

“Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif  bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi:

“Bayaqdan gözlərimin yaşı dayanmır. Balalarımız yazıqdır, heç birinə heç nə olmasın. Bir ana kimi Vasiflə həm qürur duyur, həm də ona dua edirəm. Vasif indi həkimlərin nəzarətindədir, üzündən yaralanıb. İnşallah vəziyyəti düzələr, evinə-eşiyinə dönər. Özü ilə bir dəfə əlaqə saxladıq. Yazdım ki, Vasif, mənə səs at, narahat qalmayım. “Ana, yaxşıyam, narahat olma” desə də, cavabı məni qane etmədi. Oğlumla görüntülü danışmaq, bu bəladan necə qutardığını görmək istərdim. Danışdıq, gördüm ki, üz-gözü, üst-başı qanın içindədir. Bir anlıq elə bildim ki, güllə yarasıdır, amma Vasif elə olmadığını dedi. Bilmirəm, yalan deyir ya yox, amma əsas odur ki, səsini eşitdim”.

Xəbər xətti