Aydın Caniyevin həbsi hüququ ayaq altına almaqdır

TOPLUM bölməsi

16:25 - 27 Yanvar 2023

 Aydın Caniyevin həbsi hüququ ayaq altına almaqdır

Jurnalist Aydın Caniyevə məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 388.1-ci maddəsinin tətbiqi hüququ ələ salmaqdır və qanunsuz hərəkətdir.

Yenipress.az xəbər verir ki, bu sözləri hüquqşünas, media eksperti Ələsgər Əhmədoğlu jurnalist Aydın caniyevin həbsi barədə qeyd edib.

Onun sözlərinə görə, Aydın Caniyevin yazdığını təhqir hesab edən şəxs yalnız xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə iddia qaldırdıqdan və məhkəmə iddianı icraata götürüb araşdırdıqdan və təhqir olduğuna qərar verdikdən sonra müəllif yazının silinməsini reallaşdırmasa, o zaman inzibati sanksiya tətbiq oluna bilər:

“Hüququ bu qədər ayaqlar altına atıb, tətbiq etmək prokurorluğun imicini yüksəltmir. Media ilə, jurnalistlərlə belə davranmaq, hüququ dəyənək hesab etmək olmaz”.

Qeyd edək ki, jurnalist Aydın Caniyev “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevin müraciəti əsasında Baş Prokurorluğun təqdimatı ilə ötən gün 30 sutka həbs cəzası alıb.

Yenipresss.az

Xəbər xətti


Digər xəbərlər