Bu ölkələrin səfirlikləri Azərbaycana başsağlığı verdi

GÜNDƏM bölməsi

16:16 - 27 Yanvar 2023

 Bu ölkələrin səfirlikləri Azərbaycana başsağlığı verdi

Niderland və Fələstin, Argentinanın səfirlikləri Tehrandakı səfirliyimizə hücuma görə Azərbaycana başsağlığı verib.

Yenipress.az xəbər verir ki, bu barədə səfirliklərin rəsmi hesablarında məlumat yayılıb.

“Azərbaycan Respublikası səfirliyinin əməkdaşı cənab Orxan Əsgərovun öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq. Həlak olanın ailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmalarını arzu edirik”, - Fələstin səfirliyinin paylaşımında qeyd olunub.

“Azərbaycanın Tehrandakı Səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - Argentina səfirliyinin məlumatında bildirilib.

“Niderlandın Azərbaycandakı səfirliyi ölkənin Tehrandakı səfirliyinə silahlı hücumdan dəhşətə gəlib. Bu dəhşətli hücumda həyatını itirən Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda deyilir.

Yenipress.az

Xəbər xətti