İrandakı səfirimiz hücumla bağlı çağırış etdi

SİYASƏT bölməsi

15:11 - 27 Yanvar 2023

 İrandakı səfirimiz hücumla bağlı çağırış etdi

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə diplomat Feysbukda yazıb.

“Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaşımız yaralanıb”, - səfir qeyd edib.

O, Orxan Əsgərovun ailə üzvlərinə və əzizlərinə öz adından və səfirliyin əməkdaşları adından dərin hüznlə başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib:

“Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”.

Xəbər xətti