Ləman Ələşrəfqızına ağır itki

TOPLUM bölməsi

14:35 - 27 Yanvar 2023

 Ləman Ələşrəfqızına ağır itki

Əməkdar jurnalist Ləman Ələşrəfqızının anası dünyasını dəyişib.

Yenipress.az verir ki, bu barədə o özü məlumat yayıb.

“Bu gün sizin hər biriniz üçün yanvar günəşi doğub, mənim Günəşim batdı. Anam hər kəsdən çox sevdiyi oğlunun yanına getdi. Bircə il dözə bilmədi onsuz. Mənə-sonbeşiyinə rəhm etmədi. Məni duasız qoydu. Dünyam dağılıb, dostlar. Viran qalmışam”, -  deyə jurnalist qeyd edib.

Allah rəhmət eləsin!

Xəbər xətti