Milli Məclisdən səfirliyə hücuma reaksiya

GÜNDƏM bölməsi

14:27 - 27 Yanvar 2023

 Milli Məclisdən səfirliyə hücuma reaksiya

Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib.

“Hücumun qarşısını alarkən şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”, - o bildirib.

Yenipress.az

Xəbər xətti