Tehran polisinin səfirliyə hücumla bağlı iddiası gülüncdür

SİYASƏT bölməsi

13:05 - 27 Yanvar 2023

 Tehran polisinin səfirliyə hücumla bağlı iddiası gülüncdür

Tehranın polis rəisi Hüseyn Rəhiminin Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi ilə bağlı iddiasına çoxsaylı münasibətlər bildirilir.

Bakıda yaşayan siyasi fəal, tədqiqatçı İbrahim Şizi məsələ ilə bağlı Yenipress.az-a verdiyi açıqlamada polis rəisinin iddiasının gülünc olduğunu deyib.

“Bu açıqlama insanları aldatmağa, məsələnin mahiyyətini gizlətməyə hesablanıb. Onlar belə yalanlarla yalnız özlərini aldada bilərlər. Polis rəisinin hadisədən dərhal sonra qısa müddət ərzində belə tələsik açıqlama verməsinin özü şübhəlidir”, - deyə İbrahım Şizi bildirib.

Yenipress.az

Xəbər xətti