Səfirliyə hücum edən şəxsin kimliyi məlum oldu

TOPLUM bölməsi

11:57 - 27 Yanvar 2023

 Səfirliyə hücum edən şəxsin kimliyi məlum oldu

 Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.

Yenipress.az xəbər verir ki, terror aktını törədən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub.

İstintaqın ilkin məlumatlarına görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobillə inzibati binaya gedib.

Şübhəli şəxs səfirliyin binasına daxil olaraq binanın birbaşa girişində atəş açıb.

Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH la əlaqəli olduğuna dair şübhələr var.

Məlumata görə, səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planlanmışdı.

Həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur .

Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyı uşaqla gəlməsi və s. bu kimi yalan məlumatlar yayır.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər xətti