Şolts Rusiya ilə münasibətlərə tanklarla zərbə vurdu – Molçanov

DÜNYA bölməsi

10:48 - 27 Yanvar 2023

 Şolts Rusiya ilə münasibətlərə tanklarla zərbə vurdu – Molçanov

Olaf Şolts Ukraynaya tank tədarükü qərarı ilə gələcəkdə Rusiya ilə iqtisadi münasibətlərin hipotetik şəkildə bərpasına son qoydu.

Yenipress.az xəbər verir ki, bunu Ukraynadakı Hərbi Hərəkətlərin Nəticələrinin Tədqiqi İnstitutunun direktoru Kirill Molçanov deyib.

O, Şoltsun bu qərarı ilə Almaniya kansleri kimi gələcək karyerasına da son qoyduğuna aydınlıq gətirib.

“Şolts siyasi karyerasını əhəmiyyətli dərəcədə məhv etdi, çünki rəy sorğularına görə, alman sakinlərin əksəriyyəti Ukraynaya tank göndərilməsinin əleyhinədir”, - deyə Molçanov bildirib.

Yenipress.az

Xəbər xətti