Belarusa qarşı yeni sanksiya paketləri hazırlanır

DÜNYA bölməsi

10:18 - 27 Yanvar 2023

 Belarusa qarşı yeni sanksiya paketləri hazırlanır

AB Rusiya-Ukrayna müharibəsində Kremlin tərəfini tutan Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb. Sanksiyalar əsasən AB-nin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərlə eynidir.

Yenipress.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər xüsusilə texnologiyaların və enerji sektorunun ixracına təsir edəcək:

“Söhbət hərbi məqsədlər üçün istifadə edilən və ölkənin sənaye potensialını gücləndirə bilən ikili təyinatlı malların və texnologiyaların ixracına qadağa qoyulmasından gedir”.

Qeyd olunur ki, Belarus neft, kömür, polad məmulatları və qızıla qarşı sanksiyalara, dəbdəbəli mallara ticarət məhdudiyyətlərinə, enerji sektorlarına, əsas gəlir mənbələrinə zərbə vura biləcək sanksiyalara məruz qala bilər. Layihədə dərman vasitələrinə, kənd təsərrüfatı və ərzaq məhsullarına güzəştlər, sanksiyalara məruz qalan şəxslərin cəlb olunduğu müvafiq maliyyə əməliyyatlarına icazələr öz əksini tapıb.

Bildirilir ki, Belarusun fiziki və hüquqi şəxslərinə qarşı tətbiq edilən sanksiyalardan yayınmağa kömək edənləri də cinayət məsuliyyətinə cəlb etmək mümkün olacaq.

Yenipress.az

Xəbər xətti