Tovuzda ər-arvad hamamda boğulub öldü

TOPLUM bölməsi

09:43 - 27 Yanvar 2023

 Tovuzda ər-arvad hamamda boğulub öldü

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüblər.

Yenipress.az xəbər verir ki, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti