Aydın Caniyev Fətullayevi təhqir etdi, həbs olundu

TOPLUM bölməsi

20:30 - 26 Yanvar 2023

 Aydın Caniyev Fətullayevi təhqir etdi, həbs olundu

Jurnalist Aydın Canıyev həbs olunub.

Yenipress.az xəbər verir ki, Aydın Canıyev "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev 30 sutka inzibati qaydada həbs olunub.

Eynulla Fətullayev də Feysbuk profilində bu barədə yazıb. O qeyd edib ki, A.Canıyev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş prokuror Kamran Əliyevə müraciət edib. Baş redaktor müraciətinə operativ cavab verildiyi üçün Baş prokurora və məhkəməyə təşəkkür edib.

"Məncə, belə məxluqları idarə edənlərə də dərs olar", - E.Fətullayev qeyd edib.

Xəbər xətti