Naxçıvanda hazırda “ən təhlükəli adam”…

DÜNYA bölməsi

14:56 - 26 Yanvar 2023

 Naxçıvanda hazırda “ən təhlükəli adam”…

Naxçıvanda bu dəqiqə ən təhlükəli adam olan Azər Zeynalov və V.Talıbovun əlinə çörək verdiyi NTV rəhbəri Sahil Tahirlidir. Onlar Naxçıvan MR-da medianın fəaliyyətinə müdaxilə etməyə başlayıblar.

Yenipress.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Tural Müseyibov paylaşım edib.

O bildirib ki, sözügedən şəxslər çəkilişlərə cidd-cəhdlə mane olur:

“Hətta Cənab Prezidentin səlahiyyətli nümayəndəsinin iştirak etdiyi bir çox tədbirlər üçün xüsusi mobil qrup yaratmağa çalışırlar. Məqsədləri jurnalistləri idarə etməkdir. Hətta bizim müxbirin yeni təyinatlarla bağlı xəbər yaymasına da mane olmaq istədilər.

Biri Azər Zeynalova başa salsın ki, artıq o qatar gedib. Sahil müəllim də bilsin ki, camaat onun kimi Vasif Talıbova şeir yazıb, sonra çıxıb əleyhinə danışan tipin ağlında deyil. Getsin, yeni şeirlər yazsın. Bütün xəbərləri də idarə etmək xülyasından əl çəksin”.

Yenipress.az

 

Xəbər xətti