Şəmkirdə yasda dava: kişi üzündən bıçaqlandı

TOPLUM bölməsi

13:12 - 26 Yanvar 2023

 Şəmkirdə yasda dava: kişi üzündən bıçaqlandı

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü İdris İbrahim oğlu Alıyev yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti