İranda qazın qiyməti 150 dəfə artdı

DÜNYA bölməsi

12:54 - 26 Yanvar 2023

 İranda qazın qiyməti 150 dəfə artdı

İranda qazın qiyməti 150 dəfəyə qədər artıb.

Yenipress.az xəbər verir ki, bu barədə Sərab millət vəkili Yusif Davudi qaz şirkətinin fəaliyyətini tənqid edərək məlumat verib.

Havanın temperaturu mənfi 30 dərəcəyə çatan qərb şəhərlərində Milli Qaz Şirkəti məişət qazının qiymətini 41 tüməndən 6 min tümənə qaldırıb. Ağır inflyasiyaya, malların və ərzaq məhsullarının yüksək qiymətlərinə baxmayaraq, indi ölkənin görünməmiş soyuqla üz-üzə qaldığı bir vaxtda İranın Milli Qaz Şirkətinin qaz istehlakının qiymətini artırmasıyla bir çox aztəminatlı insanlar qaz haqqını ödəyə bilmirlər”, - Davudi bildirib.

Bundan əlavə, Həmədanda da qazın qiymətinin artımına etirazlar başlayıb.

Yenipress.az

Xəbər xətti