Xalq artisti təcili xəstəxanaya yerləşdirildi

MAQAZİN bölməsi

12:20 - 26 Yanvar 2023

 Xalq artisti təcili xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

Yenipress.az xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bu barədə Allahverdiyevanın həyat yoldaşı Baku.ws-ə açıqlamasında bildirib:

“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.

Xəbər xətti