Yaponiya yeni “Radar 7” kəşfiyyat peykini orbitə buraxıb.
Yenipress.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.
Məlumata görə, buraxılış yanvarın 26-da səhər saatlarında Kaqosima prefekturasındakı Taneqasima Kosmik Mərkəzindən həyata keçirilib.
Bildirilir ki, peyk mövcud səkkiz aparatdan ibarət qrupun tərkibində fəaliyyət göstərəcək. Onlar optik-elektron və radar avadanlığı ilə təchiz olunmuşdur.