Qriqoryanın xidməti avtomobili qəza törədib

DÜNYA bölməsi

11:45 - 26 Yanvar 2023

 Qriqoryanın xidməti avtomobili qəza törədib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

Yenipress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, qəza bu gün saat 08:30 radələrində baş verib:

“Qriqoryana xidmət edən “Toyota Lənd Kruzer” avtomobili və “Rənc Rover” markalı maşın toqquşub. Hər iki sürücü alkoqol sərxoşluğu testindən keçib. Tərəflər qəzaya səbəb olan pozuntuya görə bir-birini günahlandırır. Hadisə ilə bağlı araşdırma başladılıb”.

Yenipress.az

Xəbər xətti