Erməni generalı: ordumuz məhv edilib

GÜNDƏM bölməsi

10:38 - 26 Yanvar 2023

 Erməni generalı: ordumuz məhv edilib

Ermənistan nə qədər zəifdirsə, Azərbaycanın da onu məğlub etmək  imkanları bir o qədər çoxdur. Ölkənin Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığını və döyüş qabiliyyətini məhv edib.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib.

O bildirib ki, Ermənistan ordusu gücünü bərpa etməlidir:

“Əks halda müharibə olacaq və Ermənistan tamamilə məhv ediləcək. Ermənistan hakimiyyəti 44 günlük müharibədən əvvəl ordunu məhv edib, sonra isə könüllülər axtarmağa başlayıb.  Hərbi siyasət, hərbi doktrina, səfərbərlik planı, ölkənin dinc mövqedən hərbi mövqeyə keçid planı bərpa edilməlidir”.

Yenipress.az

Xəbər xətti