ABŞ Konqresi İrandakı etirazlarla bağlı qətnamə qəbul etdi

DÜNYA bölməsi

10:28 - 26 Yanvar 2023

 ABŞ Konqresi İrandakı etirazlarla bağlı qətnamə qəbul etdi

Amerika Konqresinin Nümayəndələr Palatasının nümayəndələri həm Respublikaçı, həm də Demokrat partiyaların dəstəklədiyi İranda etirazların yatırılmasını pisləyən və etirazçılara dəstək verən qətnaməni yekdilliklə təsdiqləyiblər.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Nyu York ştatından olan Respublikaçı üzvü və bu qətnaməni hazırlayanlardan biri Klaudiya Tenni parlamentdə çıxışı zamanı məlumat verib.

“Biz bu qətnamədə terror rejiminə qarşı ayağa qalxıb öz haqlarını cəsarətlə tələb edən etirazçıları sıxışdırmaqla insan haqlarının İran hökuməti tərəfindən kobud şəkildə pozulmasını pisləyirik”, - Tenni deyib.

Bu qətnamə lehinə 420, əleyhinə isə 1 nümayəndə ilə təsdiq edilib.

Yenipress.az

Xəbər xətti