Müəllimlərin maaşları nə zaman artacaq? - Açıqlama

TOPLUM bölməsi

10:05 - 26 Yanvar 2023

 Müəllimlərin maaşları nə zaman artacaq? - Açıqlama

Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olundu. Bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15.0 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq. Bütövlükdə, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var:

"Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş.

Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əmək haqqısı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırlıb.  Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay zaman ayrılmışdı".

Yenipress.az

Xəbər xətti