Ötən gün Xətai rayon sakini Hikmət Natiq oğlu Salmanzadə, psixoloji yardım ehtiyacı olduğu üçün Nərimanov rayon ərazisində yerləşən Psixi Sağlamlıq Mərkəzinə gedib. Dediyinə görə onu qəbul etməyiblər. Bu haqsızlığa etiraz əlaməti olaraq qazi özünü yandırıb.
Yenipress.az xəbər verir ki, bu barədə ictimai fəal Həbib Müntəzir sosial şəbəkədə məlumat yayıb.
Onun bədəninin 15-20% yandığı bildirilir.