Nikosayağı TikTokda canlı açdı, 7 min dollar qazandı

MAQAZİN bölməsi

13:48 - 12 Fevral 2022

 Nikosayağı TikTokda canlı açdı, 7 min dollar qazandı

Azərbaycan TikTok seqmentində rekord nəticə qeydə alınıb.

Yenipress.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, Özbəkistandan olan bir tiktokerlə duelə çıxan “nikosayağı” ləqəbli azəbaycanlı tiktoker Nicat Şakirli 25.000 izləyici olan yayımda rəqibini məğlub edib.

Yayım 10 milyon bəyənmə alıb və 3 milyondan çox jeton yığılıb. Bu jetonlar isə tiktokerə 7000 dollardan çox pul qazandırıb.

Bu pullar yerli TikTok izləyiciləri tərəfindən göndərilib. Ümumilikdə yayıma 14.000 dollardan çox pul xərclənib. Canlı yayımda Bayram Nurlu, Pərviz Bülbülə, Pərvin Abıyeva kimi məşhurlar hədiyyə dəstəyi verib.

Ən çox dəstək isə “Bayraktar” ləqəbli bir istifadəçidən gəlib.

Xəbər xətti