Messi və Ronaldo bu gün üz-üzə gələcək

İDMAN bölməsi

10:03 - 19 Yanvar 2023

 Messi və Ronaldo bu gün üz-üzə gələcək

Əzəli rəqiblər Lionel Messi və Kristiano Ronaldo uzun müddətdən sonra bu gün üz-üzə gələcəklər.

Yenipress.az Report-a istinadən xəbər verir ki, argentinalı və portuqaliyalı ulduz futbolçuların yolu 25 aydan sonra kəsişəcək.

Onlar Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşündə iştirakçı olacaqlar. Messi PSJ-nin formasını geyinirsə, “Əl-Nəsr”in yeni transferi Ronaldo ölkənin ulduzlardan ibarət komandasında kapitan kimi meydana çıxacaq.

Azarkeşlər 771 gündən sonra Messi-Ronaldo duelinə Ər-Riyaddakı “Kral Fəhd” stadionunda şahidlik edəcəklər. Bu matçın təşkilinə razılıq verdiyi üçün Fransa klubu 10 milyon avro gəlir əldə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Lionel Messi ilə K.Ronaldu sonuncu dəfə 2020-ci il dekabrın 8-də bir-birinə rəqib olublar. Bu, Çempionlar Liqasının qrup mərhələsinin son turuna təsadüf edib. Həmin görüşdə Messi İspaniya “Barselona”sının, Ronaldu isə İtaliya “Yuventus”unun formasını geyinib. Portuqaliyalının penaltidən iki dəfə fərqləndiyi oyunda “Yuventus” 3:0 hesablı səfər qələbəsi qazanıb.

Xəbər xətti