Azərbaycanda məhsullar nə qədər bahalaşıb? - Rəsmi

İQTİSADİYYAT bölməsi

15:28 - 11 Fevral 2022

 Azərbaycanda məhsullar nə qədər bahalaşıb? - Rəsmi

2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz təşkil edib.

Yenipress.az xəbər verir ki ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri illik müqayisədə 12,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 faiz təşkil edib.

2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 102,6 faiz təşkil edib.

Xəbər xətti