Hacı Şahinin bu görüntüsü tənqid olundu - Video

TOPLUM bölməsi

16:14 - 21 Aprel 2022

 Hacı Şahinin bu görüntüsü tənqid olundu - Video

İlahiyyatçı Elşad Miri Azərbaycanda Qədr (əhya) gecəsində lentə alınmış görüntüləri tənqid edib.

Yenipress.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

“Maşallah, nə gözəl görüntülərdir. Adamın ürəyi açılır.

İmamların adını dəfələrlə çəkirik, o əsnada da Quran kitabları başımızın üstündə... Hətta imamların adlarını çəkəndə neçə dəfə təkrar etdiyimizi  bilmək üçün barmaqlarımızla sayırıq.

Əsas Quran kitablarını və bəzi kiçik surələri başımızın üstünə qaldırıb qoymaqdır. Orada nə yazıldığından, Allahın bizdən nə tələb etdiyini bilməsək də olar.

Əsas odur ki, onun üçün gecəni yatmırıq. İldə 2-3 dəfə bunu təkrar eləyirik, dualarımız da işıq sürətindən də daha tez qəbul olunur. Nə olsun ki, başımıza qoyduğumuz Quranda Allahın bizə şah damarımızdan da yaxın olduğu yazılıb.

Əsas həmin gecələri dini məzmunlu qəhrəmanlıq hekayələrinə qulaq asıb göz yaşı axıdırıq. Nə olsun ki, Quranın 1/3-də qissələrdən, peyğəmbər hekayələrindən bəhs edilib.

P.S. Düşünmədən yaşamaq, anlamadan əməl etmək xoşbəxtlikdir. Həyatın çətinliyi həyatı anlayanda başlayır. Ona görə də növbəti "əhya gecələri"nə...”

Xəbər xətti